Azərbaycan Diasporası soydaşlarına səslənir
11.05.2021 21:02
1785
Siyasət
A
Azərbaycan Diasporası soydaşlarına səslənir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarına səslənir.

Aktual.ge məlumat verir ki, Azərbaycan Diasporasının 44 günlük Vətən müharibəsində şəhid olanlara maddi dəstək olmaq çağırışı ilə xaricdə yaşayan soydaşlarına səslənir:

"Əziz soydaşlarımız, 

29 aprel 2021-ci il tarixindən start götürən YAŞAT MARAFONU davam edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondu/Fund for Support to Azerbaijani Diaspora təşkilatçılığı ilə bir ay davam edəcək xeyriyyə marafonunun yekunları və marafon çərçivəsində toplanan vəsaitin məbləği mayın 25-i saat 21:00-da AZTV vasitəsilə ictimaiyyətə açıqlanacaqdır. 

Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi. 
Xeyriyyə Marafonunda iştirak etmək, ailələrini bizə əmanət edən qəhrəman oğullarımızın ruhu qarşısında Vətənə sədaqət nümunəsidir. Bu müqəddəs işə töhfə verəcəyinizə inanaraq, Sizi Marafonda iştiraka çağırırıq. 
Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!

Azərbaycan Respublikası daxilində: 

Qeyd olunub ki, marafon çərçivəsində ianə etmək üçün: 

Azərbaycan Respublikası daxilində: 

Manat hesabı: 
AZ78 AIIB 4006 0019 4404 2183 0102 

Xaricdən göndərilən ianələr üçün: 

ABŞ dolları üçün bank hesabı: 
68 AIIB 4016 0018 4004 2183 0102
EURO hesabı: 
AZ48 AIIB 4016 0019 7804 2183 0102

 

ŞƏRH YAZ
2