Məscidül-Əqsada MİNLƏRLƏ fələstinli
15.05.2021 00:27
383
Dünya
A
Məscidül-Əqsada MİNLƏRLƏ fələstinli "Ərdoğan" şüarları səsləndirib - VİDEO

14 may tarixində Cümə namazı üçün Məscidül-Əqsada toplanan fələstinlilər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şüarları səsləndirərək dəstək istəyiblər.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, fələstinlilər hücumlara baxmayaraq Cümə namazı üçün Məscidül-Əqsaya toplanıblar.

Bildirilir ki, 20 min fələstinli Məscidül-Əqsada birlikdə cümə namazı qılıb. Namazdan sonra toplanan fələstinlilər İsrail əleyhinə şüarlar səsləndirib. Fələstinlilər səsləndirdikləri şüarlarda Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana müraciət ediblər.

Fələstinlilər “Haydi Ərdoğan, biz buradayıq. Türkiyə haydi" şüarları ilə çağırış ediblər. 

ŞƏRH YAZ
0