Mirtəqi Əsədov Dmanisidəki hadisələrlə bağlı:
17.05.2021 08:46
892
Siyasət
A
Mirtəqi Əsədov Dmanisidəki hadisələrlə bağlı: "Birinci olmadığı kimi, sonuncu da olan deyil"

"Dmanisidə etnik və milli zəmində baş verən ksenofobik hadisəni kəskin şəkildə qaınayıram. Daha öncə də bildirdiyim kimi, ölkə milli və dini çoxluğuna mənsub şəxslər tərəfindən, ölkəmizdəki dini və milli azlıqlara qarşı bu cür diskriminasiya hallarının ara-sıra baş verməsi, birinci olmadığı kimi, sonuncu da olan deyil".

Aktual.ge məlumat verir ki, bunu Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyid Mirtəqi Əsədov Dmanisidə baş vermiş hadisəyə fikir bildirərkən deyib.

"Millətlər arasında nifaq salan bu halların davamlı baş verməsi, bu yerə gətirib çıxaran həm önəmli həm də kökündən məhv olunması gərəkən amillərin mövcudluğundan xəbər verir. Cinayətkarların məsuliyyətə cəlb olunaraq ciddi cəzalandırılması həm də gələcəkdə bu kimi oxşar hadisələrin qarşısının alınması, üçün ciddi tədbirlər tökməyi müvafiq orqanlardan tələb edirəm. Böyüklü-kiçikli bunu hamı yaxşı bilməlidir ki, bu ölkənin qaçılmaz yolu, nəticə etibarilə də uğurlu gələcəyi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq tolerantlıqdan, dinc yanaşı yaşamadan və qarşılıqlı anlayışdan başqa bir şey deyil. Məhz bunun üçün də, ölkəmiz üçün qəlbi döyünən və uğurlu gələcəyini önəmsəyən bütün tərəflərdən istəyim, məsələnin köklü həlli üçün, məsuliyyətli davranaraq əllərindən gələn heçnəyi əsirgəməməkdir",-deyə o qeyd edib.

Dmanisidə nələr baş verib?

16 may tarixində Dmanisidə nələr baş verdi?

16 may günün ikinci yarısında Dmanisi rayonunda yerləşən "Ömər Market"ə sərhoş halda 2 nəfər daxil olaraq satıcı xanımdan nisiyə piyvə istəyiblər, satıcı isə onlara müdürdən icazəsiz belə bir hüququnun olmadığını bildirib. Bundan sonra 2 nəfər kassir xanımı təhqir və təhdid edib. Daha sonra mağazaya gələn satıcı xanımın qaynatası həmin 2 nəfər tərəfindən fiziki şiddətə məruz qalıb. Dərhal polisə zəng edilib və polis satıcı xanımı eləcə də, qaynatasını ifadəsini almaq üçün bölməyə aparıb. Satıcının sözlərinə görə, bu vaxt təqribən 60 nəfərlik bir qrup mağazalarına hücum edərək dağıdıblar və onun 3 həmçinin 15 yaşlı övladlarınıda döyüblər eləcə də, mağazanın qarşısında olan bir neçə nəfərədə fiziki xəsarət yetiriblər. Mağaza sahibi və yerli sakinlər Aktual.ge-nin əməkdaşı ilə söhbətləri zamanı bildiriblər ki, bütün bu baş verənlər "Svanlar" tərəfindən etnik zəmində olur və bu kimi hallar sıx-sıx təkrarlanır Dmanisidəki azərbaycanlılara qarşı. Dmanisi polisi hazırda bir neçə nəfəri saxlayaraq, ifadəsini alır.

ŞƏRH YAZ
4