Saakaşvili Gürcüstana qayıdış avia biletini paylaşdı ölkə gündəmi alt-üst oldu - FOTO
27.09.2021 23:34
2913
Siyasət
A
Saakaşvili Gürcüstana qayıdış avia biletini paylaşdı ölkə gündəmi alt-üst oldu - FOTO

Gürcüstanın sabiq Dövlət başçısı Mixeil Saakaşivili oktyabr ayının 2-i saat 23:05-də Gürcüstanda olacağına dair avia biletin fotosunu paylaşıb sosial şəbəkədə.

Aktual.ge xəbər verir ki, o, özünün video müraciətində 2 oktyabr axşam saatlarında Gürcüstanda olacağını söyləyib.

"Hamımız seçki sandığına gedib səs verməliyik, mövqeyimizi düzəltməliyik. Seçki məntəqələri bağlandıqdan sonra şəhərlərimizin, kəndlərimizin mərkəzinə çıxmalı və birlikdə qələbələrimizi müdafiə etməliyik. Gürcüstanın taleyi həll olunur, xilas edib-edilməmə taleyi həll olunur, mən bu proseslərdən kənarda dura bilmərəm. Oktyabrın 2-si axşam saatlarında Tbilisidə sizinlə bərabər Gürcüstanın xilas edilməsi üçün bilet aldım",-deyib M.Saakaşvili.

ŞƏRH YAZ
3