Qardabanidə Anım Günü qeyd olundu - FOTO
28.09.2021 12:53
88
Mədəniyyət
A
Qardabanidə Anım Günü qeyd olundu - FOTO

Qardabanidə 27 sentyabr tarixindı II Qarabağ müharibəsi şəhidlərini anma günü ilə bağlı tədbir keçirilib.

Aktual.ge məlumat verir ki, tədbir Qardabani Gənclər Mərkəzinin ofisində keçirilib.

Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğlu tədbirə gələn qonaqları salamladıqdan sonra şəhidlər bir dəqiqəlik sükutla yad edilib. 

daha sonra H.Bəkiroğlu tədbir haqqında iştirakçılara məlumat verib və 27 sentyabrın əhəmiyyətindən danışıb.

Tədbirdə Kalinino İctimai Məktəbinin müəllimi Muradxan Eminov, Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakultəsi tələbəsi Səlahəddin Piriyev, Qardabani Gənclər Mərkəzinin Dil kurslarının Gürcü dili müəllimi İsə Xəmmədov çıxış ediblər.

Daha sonra dil kurslarına gələn tələbələrlə Anım günü haqqında müzakirələr olunub, onlar bu haqda məlumatlandırılıb.

ŞƏRH YAZ
3