SOCAR Yormuğanlıda bir uşaq bağçası tikdirir
28.09.2021 13:06
228
Siyasət
A
SOCAR Yormuğanlıda bir uşaq bağçası tikdirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində uşaq bağçasının inşasına başlayıb.

Aktual.ge xəbər verir ki, bu gün bağça binasının təməli qoyulub.

Tədbirdə parlamentin üzvü David Sonqulaşvili, Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili, Saqareco meri vəzifəsinə namizəd Avtandil Qulikaşvili, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov və AZERSU ASC-nin məsul əməkdaşı İlham Quliyev iştirak edib.

Bildirilib ki, 22 000 nəfər əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisi bütünlüklə “SOCAR Energy Georgia” tərəfindən həyata keçiriləcək və xeyriyyə məqsədilə dövlətə təhvil veriləcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartların tələblərinə uyğun şəkildə inşa ediləcək.

Sentyabrın 18-də şirkətin Laqodexinin Qabal kəndində inşa etdirdiyi uşaq bağçasının açılışı olub. Müəssisə xeyriyyəçilik əsasında Gürcüstan dövlətinə təmənnasız təqdim olunub.//Report

 

ŞƏRH YAZ
2