Mərkəz rəhbəri XƏBƏRDARLIQ ETDİ:
18.10.2021 13:21
374
Sağlamlıq
A
Mərkəz rəhbəri XƏBƏRDARLIQ ETDİ: "Yeni dalğa kifayət qədər yüksək səviyyədən başladı"

"Gürcüstanda koronavirusun yeni dalğası çox yüksək səviyyədən başladı və vəziyyət yenidən pisləşir".

Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

"Gürcüstanda 49 böyük kənddə peyvəndlənmə marafonu başladılıb. Təəssüf ki, vəziyyət yenidən pisləşir. Yeni dalğa çox yüksək səviyyədən başladı", - deyə mərkəz rəhbəri bildirib.

O, bu gün həftənin bazar ertəsi olduğu üçün yoluxma hallarındakı sayın az olduğunu və bazar günü daha az laboratoriya testlərinin edildiyini vurğulayıb.

"Bu gün hadisələrin sayı təxminən 2 min 400 idi, çünki bu gün bazar ertəsidir və bazar günü daha az laboratoriya testləri edilib. Ümumiyyətlə, bu rəqəm 4-5 min arasında dəyişir. Pozitivlik dərəcəsi və çoxalma indeksi əhəmiyyətli dərəcədə artır, bu isə  infeksiyanın sürətlə yayıldığını göstərir. Bunu necə cilovlaya bilərik? Bir neçə vasitə var və ən güclülərindən biri peyvənddir. Peyvənd edilən milyonlarla insana təşəkkür etmək istəyirəm və qeyd etmək istərdim ki, yeni ilin dinc keçməsi üçün ən azından daha çox insanın peyvənd edilməsinə ehtiyac var. Marafonun məqsədi 160 min insanın yaşadığı bu böyük kəndlərdə maksimum əhatə dairəsinə malik olmaqdır", - deyə Qamğrelidze qeyd edib.

ŞƏRH YAZ
9