Mərkəz rəhbəri TƏLƏBƏLƏRƏ SƏSLƏNDİ:
19.10.2021 10:00
692
Sağlamlıq
A
Mərkəz rəhbəri TƏLƏBƏLƏRƏ SƏSLƏNDİ: "Tələbələr...

"Təəssüf ki, ökədə tələbələrin yalnız 28%-i peyvənd olunub".

Aktual ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.

"Tələbələrimizə, xüsusən tibb sahəsində təhsil alan gənclərimizə müraciət etmək istərdim. Gələcəyin həkimi və ya tibb tələbəsi peyvənd oluna bilməz? Tibb tələbəsi peyvənd olunmayıbsa, xəstə otağına girməməlidir", - deyə Qamğrelidze bildirib.

Bununla yanaşı, mərkəz rəhbəri noyabr ayının çox çətin keçəcəyini vurğulayıb.

"Təəssüf ki, beşinci dalğaya çox yüksək göstəricilərlə başladıq. Nə ikinci, nə üçüncü, nə də dördüncü dalğa bu tip göstəricilərlə başlamamışdı. İndi daha çətindir. Bu "Delta" ştamının olduqca aqressiv olduğu ortaya çıxdı və belə davam edərsə, çox çətin bir noyabr keçirəcəyik. Bəzi insanlar mənim proqnozumu bəyənməyəcək ama vəziyyət belədir", - deyə Amiran Qamğrelidze.

ŞƏRH YAZ
5