Moped sürücüləri AM kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar
20.10.2021 12:40
214
Maraqlı
A
Moped sürücüləri AM kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar

Dünən qanunverici orqanda payız sessiyasının plenar iclası keçirilib.

Aktual.ge xəbər verir ki, iclasda büro tərəfindən təsdiq edilmiş məsələlər müzakirə edilib.

Müzakirə ediləcək məsələlər arasında "Yol hərəkəti haqqında" qanuna edilən dəyişiklik də olub.

Mopedlər mexaniki nəqliyyat vasitələrinə bərabər tutulur və hər bir mexaniki nəqliyyat vasitəsi ilə eyni tələblər onlara da tətbiq olunur.

Layihəyə görə, moped sahibləri mopedləri qeydiyyatdan keçirməli və yeni növ "AM" kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar.

Bu mərhələdə mopedlərin qeydiyyatı könüllüdür, 1 Mart 2022-ci ildən etibarən isə məcburi hala çevriləcək.

ŞƏRH YAZ
1