Sutkalıq yoluxma sayı yenidən pikə yüksəldi - STATİSTİKA
23.10.2021 10:56
779
Sağlamlıq
A
Sutkalıq yoluxma sayı yenidən pikə yüksəldi - STATİSTİKA

Gürcüstanda son sutkada daha 4 467 nəfərə koronavirus diaqnozu qoyulub, 42 pasiyent vəfat edib.

Aktual.ge məlumat verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 688 804-ə, ölənlərin sayı isə 9 699-a yüksəlib.

Ötən 24 saat ərzində 1 790, ümumilikdə isə 626 478 nəfər müalicə olunaraq sağalıb.

ŞƏRH YAZ
7