Gürcüstanda taksi və qayıqlarda siqaret çəkmək qadağan olunacaq
27.11.2021 17:12
447
Maraqlı
A
Gürcüstanda taksi və qayıqlarda siqaret çəkmək qadağan olunacaq

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunacaq.

Aktual.ge məlumat verir ki, bununla bağlı “Tütünlə mübarizə haqqında” qanuna müvafiq dəyişiklik layihəsi hazırlanıb və Parlamentin növbəti Bürosunun iclasına çıxarılacaq.

Bundan başqa, azyaşlının daşınması zamanı şəxsi avtomobildə tütün çəkmək qadağan olunacaq. Bundan əlavə, qadağa qayıqlarda tütün çəkməyə də təsir edəcək.

Sənəddə qeyd olunub ki, qanun pozuntusuna yol verildiyi təqdirdə taksi və qayıq sürücüləri 200 lari, azyaşlının yanında şəxsi avtomobildə siqaret çəkməyə görə isə 50 lari məbləğində cərimə ediləcək.

Eyni zamanda, təkrar pozuntulara görə cərimələr ikiqat artırılacaq.

Layihənin müəllifləri parlamentin səhiyyə komitəsinin sədri Dmitri Xundadze və onun birinci müavini Lado Kaxadzedir.

ŞƏRH YAZ
1