Saakaşvili məhkəmədə sərt danışdı: Sən heç kimsən!
13.01.2022 14:23
2323
Siyasət
A
Saakaşvili məhkəmədə sərt danışdı: Sən heç kimsən!

“Siz mənim kosmonavt olduğum kimi məhkəməsiniz”

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmə prosesində hakimə deyib.

O, kimə müraciət edəcəyini özünün qərar verməli olduğunu ifadə edib.

“Kimə müraciət edəcəyimə mən qərar verəcəm. Gürcüstan xalqına müraciət edəcəyəm. Mən İvanişvilinin gözünün içinə baxmaq fikrində deyiləm. Mən Gürcüstan xalqının gözlərinə baxacağam”, - deyə M.Saakaşvili qeyd edib.

Eks-prezidentin bu sözlərindən sonra prokuror hakimin mövqelərini müdafiə etməyə çalışıb və daha sonra M.Saakaşvili ittiham tərəfinə də müraciət edib.

"Sən mənim üçün heç kimsən. Mən Gürcüstan xalqına müraciət edəcəyəm”, - M.aakaşvili prokurora deyib.

 

ŞƏRH YAZ
1