Zelenskidən xalqa Rusiya hücumu ilə bağlı müraciət
20.01.2022 01:30
888
Dünya
A
Zelenskidən xalqa Rusiya hücumu ilə bağlı müraciət

"Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə qapılmamaq gərəkdir".

Aktual.ge Axar-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

“Müharibə artıq səkkizinci ildir ki, davam edir, indi panikaya düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq və kibrit toplamaq vaxtı deyil”, - deyə videomüraciətdə bildirilib.

V.Zelenski ölkəsinin müharibə istəmədiyini, lakin müdafiəyə hər an hazır olduğunu söyləyib.

Dövlət başçısının sözlərinə görə, Rusiya təcavüzkarlığı ilə bağlı yayılan xəbərlər insverstorlara və biznesə hücum məqsədi daşıyır.

ŞƏRH YAZ
0