Məhəmməd Salah İngiltərədə yeni rekorda imza atdı
21.04.2022 11:00
341
İdman
A
Məhəmməd Salah İngiltərədə yeni rekorda imza atdı

"Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Aktual.ge xəbər verir ki, misirli hücumçu buna turnirin 30-cu turunun "Mançester Yunayted"lə təxirə salınmış oyununda (4:0) nail olub. Salah həmin qarşılaşmada dubl edib. Nəticədə oyunçu bu mövsüm "Mançester Yunayted”ə vurduğu qolların sayını 5-ə yüksəldib. Beləliklə, Salah bir mövsümdə "Mançester Yunayted"ə 5 qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul”un formasını geyinir. Onun klubla müqaviləsi 2023-cü ilədəkdir. Forvard bu mövsüm 30 matçda 22 qol vurub və 12 qolun ötürməsini edib.

ŞƏRH YAZ
1