İsveç:
20.05.2022 16:26
415
Dünya
A
İsveç: "PKK terror təşkilatıdır"

"PKK-nı Avropa Birliyindən daha əvvəl terror təşkilatı siyahısına salmışıq".

Aktual.ge xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Ann Linde deyib.

“İsveç PKK-nın Ulof Palme hökuməti (1982-1986-cı illər) zamanı terror təşkilatı kimi tanıyıb. Avropa Birliyi isə bunu yalnız 2002-ci ildə etdi. Bu mövqeyimiz dəyişməyib”, - Linde qeyd edib.

Məlumat üçün bildirək ki, Türkiyə terrorçulara qucaq açdığı üçün İsveçin NATO-ya qəbuluna etiraz edir.

ŞƏRH YAZ
0