Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib - FOTO
23.05.2022 13:27
427
Siyasət
A
Gürcüstanın müsəlman din xadimləri Gəncəyə səfər edib - FOTO

Gürcüstanın müsəlman din xadimləri Gəncədə səfərdədir.

Aktual.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, təşkilatçılığı və "SOCAR Energy Gerogia"nın dəstəyi ilə Azərbaycana səfərə edən gürcüstanlı müsəlman din xadimləri 44 günlük Vətən Müharibəsi dövründə Ermənistanın Gəncəyə atdığı raket ərazilərinə baş çəkiblər.

Nümayəndə heyətinə Gürcüstanda yaşayan müsəlman dini icmalarının 40-a yaxın üzvü daxildir.

Məlumat üçün bildirək ki, gürcüstanlı müsəlman din xadimləri bundan əvvəl Bakıda, işğaldan azad olunmuş Ağdamda, Füzulidə və Şuşa şəhərlərində olublar. Onların səfəri bu gün, 23 may başa çatır.

 

ŞƏRH YAZ
1