Marneulidə 26 ailə etiraz aksiyası keçirib - ƏTRAFLI
23.09.2020 06:10
900
Maraqlı
A
Marneulidə 26 ailə etiraz aksiyası keçirib - ƏTRAFLI
Marneulidə etiraz aksiyası keçirilib. Aktual.ge xəbər verir ki, Marneulidə keçmiş uşaq bağçası binasında yaşayan, əksəriyyəti məcburi köçkün olan 26 ailə fərdi elektrik sayğaclarının quraşdırılması tələbi ilə aksiya həyata keçiriblər. Etirazçıların sözlərinə görə artıq dörd ildir ki, bu binada yaşayırlar. Yaşadıqları bina İqtisadiyyat Nazirliyinin, sayğac isə episkopun balansındadır. Beləliklə hökumətin elektrik enerjisində qiymət endirimindən istifadə edə bilmirlər. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə, Yeparxiyaya, Bələdiyyəyə və "Energo-Pro Georgia"ya bir neçə dəfə müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər. Aksiya iştirakçıları sayğacları özbaşına söküblər və nəticədə işıqsız qalıblar.
ŞƏRH YAZ
0