Gürcüstanda bir sıra məhsulların qiyməti artıb - STATİSTİKA
04.07.2022 13:07
262
İqtisadiyyat
A
Gürcüstanda bir sıra məhsulların qiyməti artıb - STATİSTİKA

"2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,2%, illik inflyasiyanın səviyyəsi isə 12,8% təşkil edib".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

İllik inflyasiyanın formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərmişdir:

Ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 21,8% artaraq illik inflyasiyanı 6,86% bənd əks etdirib.

Qiymətlər aşağıdakı alt qruplar üzrə artıb:

  1. Çörək və çörək məhsulları - 35%
  2. Bostan və tərəvəzlər - 33,4%
  3. Meyvə və üzüm - 31,8%
  4. Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr - 24%
  5. Süd, pendir və yumurta - 19,5%
  6. Qəhvə, çay və kakao - 18%
  7. Balıq - 17,9%
  8. Şəkər, mürəbbə və digər şirniyyatlar - 16%
  9. Yağ və yağ məhsulları - 14,9%
  10. Ət və ət məhsulları - 11,3%
ŞƏRH YAZ
4