Roman Qoçiridze:
05.07.2022 15:43
264
Siyasət
A
Roman Qoçiridze: "Bizə İvanişvilinin dilində danışan "üçlük" lazım deyil"

"Bizə İvanişvilinin dilində danışan "üçlük" lazım deyil. İvanişvilinin özü bizimlə danışsın".

Aktual.ge xəbər verir ki, bunu "Vahid Milli hərəkat" partiyasının üzvlərindən biri Roman Qoçiridze deyib.

“Gürcü arzusu”ndan çoxlu bəyanatlar eşidirik ki, onların əsas məzmunu dekabrın sonuna kimi vaxtı necə uzatmaqdır. İvanişvilinin sözündən istifadə etsək, yenə də dəfələrlə etdikləri “fırıldaq”lara əl atacaqlar və 12 bəndlik tövsiyələri yerinə yetirmək əvəzinə, əslində heç bir iş görülməmək şərtinə gələcəklər. Gülməli bir plan təklif edirlər, belə çıxır ki, biz əvvəlcə depolarizasiyadan başlamalıyıq, sonra başqa bir şey etməliyik. Onların fikrincə, depolyarizasiya o deməkdir ki, küçəyə çıxmamalısan, etiraz etməməlisən, sərt sözlər işlətməməlisən. Bağışlayın, depolarizasiya hər şey deməkdir. Elə məsələlər var ki, sabah parlamentdə qəbul oluna bilər. Biz öz planımızı təklif edəcəyik, siz bu planın məzmununu tezliklə biləcəksiniz”, - deyə "VMH" üzvü bildirib.

ŞƏRH YAZ
0