Tbilisi-Batumi istiqamətində qatarla gediş-gəlişin qiyməti artır
23.07.2022 13:51
1711
Maraqlı
A
Tbilisi-Batumi istiqamətində qatarla gediş-gəlişin qiyməti artır

Tbilisi-Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarlarının gediş haqqı artıb.

Aktual.ge xəbər verir ki bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

Məlumata görə, iyulun 25-dən Tbilisi-Batumi-Tbilisi istiqamətində ikimərtəbəli qatarlarda gediş haqqı ikinci dərəcəli üçün 34 lari, birinci dərəcəli üçün 74 lari, biznes klass isə 124 lari təşkil edəcək.

Tariflərin artırılmasının bir sıra obyektiv səbəbləri elektrik enerjisi, qatarların saxlanması, materialların və digər xərclərin son illərdə xeyli artmasıdır.

ŞƏRH YAZ
6