Ukrayna rəsmisinə Komitə sədrindən sərt cavab
12.08.2022 01:43
347
Siyasət
A
Ukrayna rəsmisinə Komitə sədrindən sərt cavab

"Heç kimin, o cümlədən, Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstana qarşı əsassız ittihamlar irəli sürməyə haqqı yoxdur".

Aktual.ge xəbər verir ki, bu sözlərlə hakim "Gürcü Arzusu" partiyasının deputatı, Parlamentin İnsan Hüquqları komitəsinin sədri Mixail Sardjveladze Ukrayna Prezidentinin müşaviri Mixail Podolyakın müvafiq açıqlamasına münasibət bildirib.

O bildirib ki, Ukrayna rəsmiləri Gürcüstan haqqında danışarkən öz tonunu seçməlidirlər:

“Heç kəsin, o cümlədən müharibə aparan ölkənin yüksək rütbəli məmurunun belə bir tonda əsassız, tərəfin inkar etdiyi şəraitdə ittihamlar irəli sürməyə haqqı yoxdur. Əgər kimsə öz söhbətinin tonunu və məzmununu süzgəcdən keçirməlidirsə, bunu, ilk növbədə, məsələn, Podolyak etməlidir”.

Deputat deyib ki, Ukrayna tərəfi miflər uydurur, sonra onlarla özü mübarizə aparır:

“Əsassız və məsuliyyətsiz ittihamlara qarşı sərt cavab alan zaman təəccüblənməyin və heç kimi tənqid etməyin. Çünki Gürcüstan hökumətinin bu cür bəyanatlara qarşı bütün cavabları layiq olduğundan qat-qat balanslı və daha yumşaq şəkildə olub”.

Məlumat üçün bildirək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak müsahibələrinin birində bildirib ki, Gürcüstan hökumətinin rəsmiləri öz tonunu dəyişməli, əgər hansısa səbəbdən bunu edə bilmirlərsə, Ukrayna ilə bağlı ictimai bəyanatlar verməyi dayandırmalıdırlar.

ŞƏRH YAZ
2