Rusiyanın Gürcüstanla sərhəddə 19 km növbə - Sərhəddə rüşvət işə keçdi...
24.09.2022 00:36
858
Hadisə
A
Rusiyanın Gürcüstanla sərhəddə 19 km növbə - Sərhəddə rüşvət işə keçdi...

Rusiyadan Gürcüstana davam edən axın 19 kilometrə çatıb. 

Aktual.ge xəbər verir ki, xarici KİV-nin Telegram kanallarında yazır ki, səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 38-40 saat gözləməli olurlar. 

Bundan əlavə nəşrin məlumatına görə, hərbiyə çağırılmış, lakin Gürcüstana qaçan ruslardan sərhəddə Rusiya polisi 5 min rubla yaxın rüşvət alır. 

Nələr baş verir?

Rusiyanın Ukraynaya hücumları davam edərkən digər bir tərəfdən də Prezident Vladimir Putin 21 sentyabr tarixində ölkədə qismən səfərbərlik elan edib. Elan edilən qismən səfərbərlikdən sonra müharibədə iştirak etmək istəməyən ruslar ölkələrini elə həmin gündən tərk etməyə başlayıblar. Ruslar bu günlərdə ən çox Finlandiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan,  Türkiyə xüsusilədə Gürcüstana üz tuturlar.

ŞƏRH YAZ
1