03.10.2022 15:00
717
Siyasət
A
"Sakrebulo" sədri az əvvəl açıqladı: Rəhman Musayev deputatlıqdan istefa verdi

"Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki üzvü Rəhman Musayev istefa verib

Bu barədə Aktual.ge xəbər portalına Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze məlumat verib.

"Bu gün səhər saatlarında Rəhman Musayev gəldi öz mandatından istefa etdiyini bildirdi",-deyə Amiran Giorgadze bildirib.

Məlumat üçün bildirək ki, hakim "Gürcü Arzusu"nun Bələdiyyə deputatı və Qırxlı ictimai məktəbində gürcü dili fənnini tədris edən müəllimi Rəhman Musayev dərs keçdiyi şagirdləri diz üstə çökdürərək cəzalandırarıb. O, eyni zamanda şagirdlərin foto şəklini çəkərək yaxınları ilə bölüşüb. Sözügedən foto ictimailəşdikdən sonra Rəhman Musayev səhhətində problem olduğunu deyərək, məktəbdəki vəzifəsindən istefa verib. Sözügedən məsələ ölkənin gündəm predmetinə çevrilib.

ŞƏRH YAZ
2