Marneulidə “Soydaş” – Gənclər Forumu keçiriləcək
03.10.2022 17:54
322
Mədəniyyət
A
Marneulidə “Soydaş” – Gənclər Forumu keçiriləcək

Marneuli Bələdiyyəsində “Soydaş” – Gənclər Forumu keçiriləcək.

Aktual.ge xəbər verir ki, sözügedən Forum Azərbaycanın Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutacaq.

Qeyd olunub ki, Forum 7 oktyabr Marneuli "Çay Evi"ndə saat 15:00-də başlayacaq. Bildirilib ki, arzu edənlər Forumda iştirak edə bilər.

“”Soydaş” – Gənclər Forumunda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edəcək.

Forumda dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr dəyərləndirilərək, gənclərin və medianın əlaqələrimizin inkişaf mərhələsinə qatqısı və gələcək perspektivlər müzakirə olunacaq.

Layihənin əsas məqsədi QHT rəhbərlərini, Gənclər Təşkilatı rəhbərlərini, Media təmsilçiləri və 50-dən çox digər qonaqları bir araya gətirərək, Gürcüstanın Marneuli şəhərində təşkil olunacaq forumda dövlətlərimiz arasında mövcud olan əlaqələrin dəyərləndirilməsinə, gənclərin və medianın əlaqələrimizin inkişaf mərhələsinə qatqısı və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.
- Azərbaycan-Gürcüstan arasında həm QHT-lər, həm Media mənsubları arasında əlaqələrin qurulması
- Qurulmuş əlaqələr çərçivəsində birgə fəaliyyət planının hazırlanması
- Azərbaycan-Gürcüstan arasında hərtərfli əlaqələrin inkişafına qatqı təmin etmək. Qeyd edək ki, forum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyi tərəfindən keçirilir. Layihənin tərəfdaşları Azərbaycanın Gürcüstan səfirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi və Diaspor İnformasiya Mərkəzidir",- məlumatda deyilir.

ŞƏRH YAZ
2