Mixail Saakaşvili ictimaiyyətə müraciət edir
07.02.2023 14:35
800
Siyasət
A
Mixail Saakaşvili ictimaiyyətə müraciət edir

"İndi böyük geosiyasi məsələlər həll olunur, Ukrayna ilə birlikdə bütün haqlı qüvvələr qalib gələcək və şər məğlub olacaq, lakin gürcülər əl-qolunu bağlayaraq gözləməməli, öz mövqelərini fəal şəkildə bildirməlidirlər".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili müalicə aldığı klinikadan göndərdiyi məktubda deyib.

“Bütün vicdanlı ekspertlərə, Mariam Cişkarianinin komandasına, bütün vəkillərə - Şalva Xaçapuridzeyə, Zura Vanişviliyə, Valeri Qelbaxiana bu böyük ədalətsizliyə müqavimət göstərdiklərinə görə təşəkkürlər.

Həmrəyliklərinə və insanpərvərliyinə görə bütün siyasətçilərə çox sağ olun deyirəm. Bu mübarizə davam edir və mənim taleyimdən daha çox şey haqqındadır. İndi böyük geosiyasi məsələlər həll olunur və Ukrayna ilə birlikdə bütün haqlı qüvvələr qalib gələcək və şər məğlub olacaq, lakin gürcülər əllərini qoyunlarına qoyub gözləməməlidir, öz mövqelərini fəal şəkildə ifadə etməlidirlər", - Mixail Saakaşvili yazıb.

ŞƏRH YAZ
2