Gürcüstanlı
07.02.2023 15:25
1046
Kriminal
A
Gürcüstanlı "Qanuni oğru" Albaniyada SAXLANILDI - FOTO

Gürcüstanlı "Qanuni oğru" Mindia Lavasoqli həbs edilib. 

Aktual.ge Tvpirveli-yə istinadən xəbər verir ki, kriminal avtoritetə qarşı Albaniyada xüsusi əməliyyat keçirilib.

"Lavasoqli cinayətkar qruplaşmanın rəhbəridir və Albaniyadan olan cinayətkar qrupların fəaliyyətinə rəhbərlik edirmiş. Axtarış zamanı onların üzərində soyadı və adı dəyişdirilmiş saxta pasport aşkar edilib. O, Albaniyada rəsmi axtarışa verilib", - məlumatda deyilir.

Albaniya mətbuatının məlumatına görə, Mindia Lavasoqli insanların əmlakına və şəxsi mülkiyyətinə qəsd etməklə məşğul olan cinayətkar qruplaşmaya rəhbərlik edib.

ŞƏRH YAZ
3