DİQQƏT! Marneulidən Türkiyəyə yardım göndərmək istəyənlər bu ünvana və nömrəyə zəng edə bilər
07.02.2023 18:42
947
Mədəniyyət
A
DİQQƏT! Marneulidən Türkiyəyə yardım göndərmək istəyənlər bu ünvana və nömrəyə zəng edə bilər

6 Fevral səhər saatlarında Türkiyə baş verən dəhşətli zəlzələnin ardından dünyanın dörd bir tərəfindən bu ölkəyə yardımlar davam edir.

Aktual.ge-nin verdiyi xəbərə görə, Marneulidən də bir çox insan Türkiyədəki soydaşlarına yardım əlini uzatmaq istəyir, lakin bunu haraya çatdıracağını bilmir.

Marneulidən yardım göndərmək istəyənlər - qalın istifadə olunmamış qış paltarları, ərzaq (Konservləşdirilmiş), yorğan, uşaq pampersi və sAktual.ge xəbər portalının ofisinə təhvil verə bilər.

Ünvan: Marneuli Rustaveli 88, Maqti ofisinin yanı. 

Əlaqə nömrəsi: +995 577413983.

Ofisimiz hər gün saat 10:00-dan 21:00-a qədər açıqdır.

Qeyd edək ki, könüllü olaraq Aktual.ge xəbər portalı Türkiyənin bu çətin günlərində dəstək məqsədilə ofisini 15 fevral tarixinə qədər Türkiyə Respublikasının Gürcüstandakı Səfirliyi üçün yardım toplanan qərargahı edib. Toplanan bütün yardımlar Türkiyənin Gürcüstandakı Səfirliyinə çatdırılacaq və bu barədə də diplomatik korpus məlumatlıdır.

ŞƏRH YAZ
1