Tbilisidə həkimlər etiraza qalxdı
27.03.2023 14:24
812
Siyasət
A
Tbilisidə həkimlər etiraza qalxdı

Tbilisidə Respublika Xəstəxanasının əməkdaşları aksiya keçirir və Baş nzirin onlarla görüşməsini tələb edirlər.

Aktual.ge xəbər verir ki, klinikanın sökülməsi qərarı tibb işçilərinin etirazına səbəb olub.

Tibb işçiləri Baş nazir İrakli Qaribaşvili ilə görüş tələb edir, onlar suala cavab almaq istəyirlər – xəstəxana sökülərsə, klinikanın və orada çalışanlarn aqibəti necə olacaq.

"Bir aydan çoxdur ki, konkret olaraq Respublika Xəstəxanası ilə bağlı nə baş verdiyini öyrənə bilmirik. Respublika Xəstəxanasının söküləcəyini ilk dəfə təxminən bir ay əvvəl nazirin televiziyaya verdiyi müsahibədən eşitmişik. O vaxtdan bəri Respublika Xəstəxanasının söküləcəyini eşitmişdik. Sonra nazirliyin nümayəndələri ilə heç bir əlaqə olmayıb, bizim administrasiya bizlərin suallarına konkret cavab verə bilmir" , - həkimlərindən biri deyib.

ŞƏRH YAZ
0