Marneulidə yeni qayda: Nəzarət Xidməti artıq Məhkəməyə protokol göndərməyəcək
28.03.2023 16:51
998
Siyasət
A
Marneulidə yeni qayda: Nəzarət Xidməti artıq Məhkəməyə protokol göndərməyəcək

Marneuli Bələdiyyəsinin Nəzarət Xidməti qayda pozuntuları qeydə aldıqda cərimə yaza biləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyə Məclisinin iclasında qərar verilib.

Qeyd edək ki, bu vaxtadək qayda pozuntusu ilə bağlı Nəzarət Xidməti yazdığı protokol məhkəməyə göndərilirdi və müvafiq qərarı Məhkəmə həmin protkolla cərimə təyin edirdi. 

"Nəzarət Xidmətinin səlahiyyətlərinə dəyişikliklər ediləcək, konkret olaraq isə qayda pozuntusu protokolu tərtib edildiyi halda, protokol məhkəməyə göndərilirdi. Məhkəmə həmin protkolla cərimə təyin edirdi. Sözügedən dəyişiklikə əsasən, bundan sonra Nəzarət Xidməti birbaşa cərimə yaza biləcək. Məhkəməyə müraciət etməyə ehtiyac olmayacaq. Qeyd edək ki, məhkəmədə qayda pozuntusu müzakirə olunurdu və təyin edilmiş cərimə dövlət xəzinəsinə köçürülürdü. Artıq birbaşa Nəzarət Xidmətinin mütəxəssisləri tərəfindən qaydanı pozan şəxsə cərimə yazıldıqda, bu bələdiyyənin büdcəsinə köçürüləcək. Məsələn, dövlət torpağını icazəsiz mənimsəmək üçün qayda pozuntusu protokolu tərtib edilirdi, artıq cəriməni birbaşa Nəzarət Xidməti yazacaq”, - deyə Marneuli Meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin rəhbəri səlahiyyətlərini icra edən Beka Gavaşeli bildirib.

ŞƏRH YAZ
1