Zərərin dəyəri 30 min lari: Canavar sürüsü bir gecədə 180 qoyunu parçalayıb
16.05.2023 01:25
1941
Hadisə
A
Zərərin dəyəri 30 min lari: Canavar sürüsü bir gecədə 180 qoyunu parçalayıb

Kaspi Bələdiyyəsinin Xovle kəndində dəhşətli hadisə baş verib.

Aktual.ge xəbər verir ki, kənddə canavarlar Baxtadze ailəsinə məxsus fermaya soxularaq 180-ə qədər qoyunu bir gecədə parçalayıblar.

Mişiko Baxtadze dəyən zərərin ümumi məbləğinin 30 min lari olduğunu bildirib.

O, bankdan götürdüyü pulla fermanı qurduğunu söyləyib və hökumətdən kömək istədiyini dilə gətirib.

ŞƏRH YAZ
6