Tbilisidə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilib
20.05.2023 01:08
353
Siyasət
A
Tbilisidə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilib

Tbilisinin mərkəzində Parlament binası qarşısında Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına qarşı etiraz aksiyası keçirilib.

Aktual.ge xəbər verir ki, aksiyanı bir neçə müxalifət partiyası təşkil edib. Müxalifət nümayəndələri və vətəndaş fəalları "Azimut" Hava Yollarının Rusiyadan ilk uçuşunu tənqid ediblər. Aksiyanın təşkilatçıları Gürcüstan hakimiyyətindən Moskva ilə uçuşları ləğv etməyi tələb ediblər.

Yağışlı havada davam edən aksiyada “Rusiya ilə uçuşlara yox” şüarı səsləndirilib.

Növbəti aksiya 20 may saat 18:00-ə elan edilib.

Məlumat üçün bildirək ki, mayın 19-da “Azimut” aviaşirkətinin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Bu, son dörd ildə Moskvadan Tbilisiyə ilk uçuşdur.

Mayın 20-dən etibarən isə Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” tərəfindən də birbaşa uçuşlar həyata keçiriləcək. İyun ayından Rusiyanın “Red Wings” aviaşirkəti Gürcüstana uçuşlara başlayacaq.

ŞƏRH YAZ
12