Dəhşətli qətl hadisəsi: Marabda da öldürüb, Marneulidə basdırıblar...
22.05.2023 20:15
3200
Kriminal
A
Dəhşətli qətl hadisəsi: Marabda da öldürüb, Marneulidə basdırıblar...

Dəhşətli cinayət hadisəsi baş verib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, 2 nəfər Marneuli sakini taksi sürücüsünü amansızca qətlə yetiriblər.

Qeyri rəsmi məlumata görə, 2 nəfər Marneuli Bələdiyyəsinin Yuxarı Qullar sakini Tbilisidən taksi ilə evə qayıdarkən sürücünü Marabda gölündə öldürüblər.

"19-20 yaşında gənclərdir qətl hadisəsini törədən. Hadisənin tam nə vaxt baş verdiyini məlum deyil, lakin cinayətin üstü bu günlərdə açılıb. Belə ki, 2 nəfər Yuxarı Qullar sakini Tbilisidən qayıdarkən taksi sürücüsünü Marabda gölünə sürdürüblər və orada qətlə yetiriblər. Sonra sürücünün meyitini maşına qoyaraq gətirib Qırıxlı kəndindəki çayın yaxınlığında basdırıblar. Ehtimal ki, bu cinayəti onlar avtomobili ələ keçirib, sonra da satmaq üçün ediblər.

Qətlə məruz qalan orta yaşlı kişinin ailəsi isə onun yoxa çıxmasından sonra polisə məlumat verib. Hüquq-mühafizəçiləri təhlükəsizlik kameraları vasitəsilə cinayətkarları tapıb. Saxlanılan gənclər günahlarını etiraf ediblər" , - mənbə Aktual.ge xəbər portalına məlumat verib.

Müvafiq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti ilə əlaqə saxladıq. Məlumatın veriləcəyi gözlənilir.

ŞƏRH YAZ
17