26.05.2023 22:43
572
Dünya
A
"Moskva Tbilisiyə doğru addım atmağa hazırdır" - Putin

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla birbaşa uçuşların bərpasına şəxsən qərar verdiyini açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, belə bir qərarı verməsinin səbəblərini izah edib.

“Mən həmişə həmkarlarım arasında bizimlə baş verən bütün müsbət hadisələri bölüşdürməyə çalışıram, lakin bu halda bu, həqiqətən də mənim qərarım və təklifim olub”, - Vladimir Putin “Delovaya Rossiya”nın üzvləri ilə görüşündə deyib.

Rusiya Dövlət başçısının sözlərinə görə, onun qərarları bayram mövsümü də daxil olmaqla, “bir sıra şərtlərlə bağlıdır”.

“Mən Gürcüstanın özündə Rusiya ilə normal münasibətlər qurmağa çalışan insanlara və bizim biznesimizə, sadəcə olaraq, Gürcüstanı sevən, ora getmək, dincəlmək, gürcü təbiətinə, mədəniyyətinə, mətbəxinə toxunmaq istəyən vətəndaşlarımızı dəstəkləmək istədim”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Moskva Tbilisiyə doğru addım atmağa hazırdır, lakin bunu Gürcüstanın reaksiyasından asılı olaraq edəcək.

“Biz üzərimizə düşəni etməyə hazırıq, addımlar atırıq və tərəfdaşlarımızın buna necə reaksiya verəcəyindən asılı olaraq bunu etməyə davam edəcəyik. Bunun biznesə fayda verəcəyinə heç vaxt şübhə etmirdim”, - Putin deyib.

O əlavə edib ki, Gürcüstan xalqı özü qərar verməlidir ki, Gürcüstan hansı yolla getsin, necə inkişaf etsin.

“Gürcüstan rəhbərliyi vizaların ləğvi və normal hava hərəkətinin bərpası məsələsini dəfələrlə qaldırıb və biz də bu addımı atdıq”, - deyən Putin bunu da əlavə edib ki, Gürcüstan daxilində baş verənlər bizim işimiz deyil, Gürcüstanın hansı yolla getməli olduğunu, necə inkişaf edəcəyini xalq özü qərar verməlidir.

 

ŞƏRH YAZ
8