Baş nazir: “Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 1000-i ötəcək”
15.10.2020 16:54
1016
Sağlamlıq
A
Baş nazir: “Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 1000-i ötəcək”
“Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına sutkalıq yoluxma sayı 1000-i ötəcək”. Aktual.ge-nin verdiyi xəbərə görə, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında deyib. Onun sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə sabahdan Tbilisi və İmereti regionlarında əyləncə mərkəzlərinin saat 22:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək. Hökumət başçısı özəl və ictimai təşkilatları distant şəkildə işləməyə üstünlük verməyə çağırıb. Qeyd edək ki, Gürcüstanda son sutkada yoluxma sayı rekord səviyyədə artaraq 919 nəfərə çatıb.
ŞƏRH YAZ
4