İormuğanlıda fiziki təcavüz ittihamı ilə 1 nəfər saxlanılıb
17.10.2020 22:00
220
Siyasət
A
İormuğanlıda fiziki təcavüz ittihamı ilə 1 nəfər saxlanılıb
Saqareco bələdiyyəsinin İormuğanlı kəndində 18 yaşlı bir oğlana təcavüz etdiyi üçün bir nəfər saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, 19 yaşlı oğlan həmkəndlisinə şifahi və fiziki təcavüz edib və Tbilisidə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində bir nəfəri - 2001-ci il təvəllüdlü İ.G.-ni gözaltına alıb. İstintaq nəticəsində cari ilin 16 oktyabrında Saqareco bələdiyyəsinin Ləmbəlli kəndində təqsirləndirilən şəxsin 2002-ci il təvəllüdlü həmkəndlisi T.K.-ya şifahi və fiziki təcavüz etdiyi müəyyənləşdirilib. Hüquq mühafizəçiləri İ.G.-ni cinayəti törətdikdən bir müddət sonra Tbilisidə gözaltına alıblar. Polis hadisə ilə bağlı araşdırmalar aparıb və müvafiq ekspertiziyalar təyin edib. Cinayətdə iştirak etdiyi iddia edilən digər şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi üçün istintaq aparılır. Dəstə zorakılığı faktı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən araşdırılır ”, - deyə DİN-nin açıqlamasında bildirilir.
ŞƏRH YAZ
0