Emmanuel Makron:
18.10.2020 10:45
672
Dünya
A
Emmanuel Makron: "Azərbaycanla Ermənistan atəşkəs rejiminə əməl etməlidirlər"
"Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ haqqında əldə olunan atəşkəs razılığını alqışlayaraq tərəflərin bu razılığa hörmətlə yanaşmalı olduqlarını bildirirəm". Aktual.ge xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib. "Bu atəşkəs razılaşması hər iki tərəf tərəfindən qeyd-şərtsiz və ciddi şəkildə yerinə yetirilməlidir. Fransa bu məsələyə çox diqqət yetirir və hərbi əməliyyatların davamlı olaraq dayandırılmasına və etibarlı müzakirələrin sürətlə başlamasına sadiqdir", - deyə Emmanuel Macron bildirib.
ŞƏRH YAZ
14