Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
21.10.2020 17:43
213
Dünya
A
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan hazırki mərhələdə Qarabağ məsələsinin diplomatik həlli olmadığını deyib. Aktual.ge xəbər verir ki, Ermənistan hökumət başçısı, “Facebook” hesabında canlı yayımda bildirib: “Qarabağ probleminin ən azından indiki mərhələdə diplomatik həll yolu yoxdu və bu mərhələdən başlayaraq çox uzun müddətdə də diplomatik həll yolunun olmayacağını anlamalıyıq”. Onun sözlərinə görə, Ermənistan problemi qarşılıqlı kompromis əsasında həll etməyə hazır olduğunu bəyan edib: “Bu o deməkdir ki, problemin həlli adı ilə tələblər səviyyəmizi azalda bilərik, amma qarşı tərəf də buna razı olmalıdır. Lakin təcrübə göstərdi ki, Ermənistan üçün məqbul olan hər şey artıq Azərbaycan üçün qəbul edilməzdir. Bu, onu göstərir ki, heç olmasa bu mərhələdə diplomatik həll yolu haqqında danışmaq onsuz da mənasızdır”.
ŞƏRH YAZ
6