Zurab Batiaşvili Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskvaya səfərini şərh etdi
21.10.2020 19:39
393
Siyasət
A
Zurab Batiaşvili Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskvaya səfərini şərh etdi
"Bildiyim qədəri ilə görüş əvvəlcə Vaşinqtonda planlaşdırılmışdı lakin göründüyü qədəri ilə Moskva bundan narahat olub". Bunu Aktual.ge xəbər portalına - Ermənistan və Azərbaycan Xarici işlər nazirinin Vaşinqton səfərinə 2 gün qala Moskvaya səfər etməsini şərh edən Rondeli Fondunun Tədqiqatçısı və Şərqşünası Zurab Batiaşvili deyib. O deyib ki, nazirlərin səfərinin məqsədi hər hansı bir kompromis haqqında danışıqlar da ola bilər. "Tərəflərin razılığa gələcəklərini də istisna etmirəm amma əvvəlki razılaşmalar yerinə yetirilmədiyi kimi bu da yerinə yetirilməyəcəkdir. Ümumiyətlə Azərbaycan və Ermənistanın razılığa gəlməsi üçün Rusiya və ABŞ-ın nə dərəcədə təsir edə biləcəyi çox əhəmiyyətli olacaq",-deyə Z.Batiaşvili Vaşinqton səfərindən əvvəl Moskvaya səfərin məqsədi nə ola bilər sualını cavablandırarkən söyləyib.
ŞƏRH YAZ
1