İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını AÇIQLADI
21.10.2020 20:35
318
Dünya
A
İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını AÇIQLADI
Azərbaycanın Prezidenti İlham Əliyev işğaldan azad olunan bir sıra kəndlərin adlarını açıqlayıb. Aktual.ge xəbər verir ki, Azərbaycan Dövlət başçısı özünün rəsmi "Twitter" səhifəsində ard-arda etdiyi paylaşımlarda işğaldan azad edilmiş Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının kəndlərinin adlarını paylaşıb. "Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! : Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! : Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün".
ŞƏRH YAZ
0