Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər
26.10.2020 14:17
262
Sağlamlıq
A
Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər
Gürcüstanda tibbi maskadan istifadə göstəricisi təxminən 60-64% təşkil edir. Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, bu göstərici 95% səviyyəsində olmalıdır: “Bu göstəriciyə nail olunsa, koronaviusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalacaq”. Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstanda tibbi maskadan istifadənin məcburi olacağı barədə qərarın qəbulu istisna edilmir.
ŞƏRH YAZ
2