Bolnisidə ağır avtomobil qəzası: 1 ölü, 1 yaralı
27.10.2020 14:59
764
Hadisə
A
Bolnisidə ağır avtomobil qəzası: 1 ölü, 1 yaralı
Kvemo Kartli bölgəsinin Bolnisi rayonunun Ratevani kəndində ağır avtomobil qəzası baş verib. Aktual.ge-nin xəbərinə görə, avtomobil qəzası "Ford sedan" və "Hyundai" markalı avtomobilin sərt toqquşması nəticəsində meydana gəlib. Əldə olunan məlumata görə, qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü həyatını itirib, digər avtomobilin sürücüsü isə ağır yaralanıb. Hadisə yerinə çox sayda polis patrul və təcili yardım cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
4