Baş nazir:
29.10.2020 11:19
699
İqtisadiyyat
A
Baş nazir: "Bir çox vətəndaşımızın 200 larilik yardıma ehtiyacı olmaya bilər"
"Bəzi vətəndaşlar bizim təklif etdiyimiz 200 larilik yardıma ehtiyac duymayacaqları təqdirdə öz bəyanatları əsasında bu yardımdan imtina etmə fürsəti əldə edəcəklər". Aktual.ge xəbər verir ki, bununla bağlı açıqlamanı Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, hökumət yaxşı başa düşür ki, kommunal yardımlarla birlikdə 200 larilik yardım bu gün dövlətin vətəndaşları üçün edə biləcəyi minimumdur. "Bu yardımın pandemiya və qlobal iqtisadi böhran səbəbi ilə gəlirlərini itirənlər üçün son dərəcə əhəmiyyətli olduğunu bilirik. Eyni zamanda bir çox vətəndaşımızın bu cür dəstəyə ehtiyac olmayacağı təqdirdə onların bu yardımdan imtina etmək imkanları olacaq", - deyə hökumət başçısı əlavə edib.
ŞƏRH YAZ
3