Marneulidə ürəkləri dağlayan hadisə: Bir ölü, 1 yaralı - FOTO
09.05.2025 16:50
2566
Siyasət
A
Marneulidə ürəkləri dağlayan hadisə: Bir ölü, 1 yaralı - FOTO

Marneulidə "China Group" şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qazılmış çuxura düşüb.

Aktual.ge-nin hadisə yerindən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, digəri isə müxtəlif bədən xəsarətləri ilə klinikaya yerləşdirilib.

Məlumatlara əsasən, hər iki şəxs Candar qəsəbəsinin sakinləridir.

Daha ətraflı məlumat bu gün saat 17:30-da Aktual.ge xəbər portalının rəsmi "Facebook" səhifəsində yayımlanacaq video süjetdə təqdim olunacaq.

Qeyd edək ki, 2019-cu ildən ümumi dəyəri 175 milyon laridən artıq olan su-kanalizasiya sisteminin quraşdırılması işləri Marneuli və ətraf kəndlərdə başlayıb. Layihə “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin martına qədər başa çatdırılmalı idi. Ancaq şirkət götürdüyü öhdəliyi yerinə yetirə bilmədi. 2022-ci ilin sentyabr ayında Marneulidə su və kanalizasiya sisteminin tikinti işlərinə yenidən başlanılıb və bu səfər öhdəliyi “China Geo - Engineering Corporation’’ (CGC) şirkəti götürüb. Sözügedən şirkət işləri 15 aya başa çatdırmalı idi. Müvafiq müddət ərzində yollar qazıldı, borular çıxarıldı, infrastruktura ziyan dəydi, bütün bunlar zaman-zaman əhalinin etirazına səbəb oldu. 

ŞƏRH YAZ
15