Hacı Hacıyev Qarabağ zəfəri ilə bağlı -
10.11.2020 16:27
1083
Din
A
Hacı Hacıyev Qarabağ zəfəri ilə bağlı - "Torpağa su tökülsə palçıq olar, qan tökülsə vətən olar"
“Torpağa su tökülsə palçıq olar, qan tökülsə vətən olar. O qardaşlar ki, öz qanlarını torpaqları uğrunda fəda etdilər, eşq olsun o, şəhidlərə. O, şəhidlərin ruhu qarşısında hər birimiz baş əyirik. O, şəhidləri böyüdən anaların əllərindən öpürəm, şəhidlərin ailələrinə Allah səbr, sevgi məhəbbət nəsib etsin İnşallah. Hər birinizin gözünüz aydın olsun". Aktual.ge xəbər verir ki, bunu Marneuli axunudu möhtərəm Hacı Hacıyev Alqeti kəndində Qarabağ zəfəri ilə bağlı təşkil olunmuş şənlik mərasimində çıxış edərkən söyləyib. O belə bir mərasimin təşkili üçün əməyi keçənlərə təşəkkür edib və sözlərinə belə davam edib: "Var olsun bu el obanın, Marneulinin, Gorarxının qeyrətli xalqı, milləti ki, bu gün öz mallarından, öz təsərrüfatından burada qurban ehsan edirlər. Allah bu qurbanları qəbul etsin. Allah bu eli, obanı həmişə var etsin. Allah bütün Borçalı xalqını var etsin. Biz öz növbəmizdə Gürcüstan dövlətinə də, təşəkkür edirik ki, bir mənalı olaraq gözəl bir mövqey sərgilədi, Azərbaycanın yanında oldu. Gün olsun ki, Allah Abxaziya və Cənubi Asetiyanın azad olmağını bizə nəsib etsin, bizlər də Gürcüstanın torpaqlarının azad olunmasını bu şəkildə qeyd edək, qurban kəsək. Bütün işğal olunmuş torpaqlar öz həqiqi sahiblərinə geri qaytarılsın. Alimlərdən biri buyurur ki, şəhidin qanı yerə tökülmür, şəhidin qanı zahirdə yerə tökülür, şəhidin qanı cəmiyyətdə azadlıq sevər insanların damarlarına axır. Biz tələsiyirdik, amma 30 illik səbrdən sonra gördük ki, Allah böyük qələbəni Azərbaycan xalqına nəsib etdi. Hər birimizin gözümüz aydın olsun, qələbəmiz mübarək olsun, inşAllah gün o gün olsun ki, bu günü Şuşada, cıdır düzündə, isa bulağının yanında qeyd edək”.
ŞƏRH YAZ
1