Marneulidəki qətl hadisəsi - VİDEO
12.11.2025 00:16
1380
Kriminal
A
Marneulidəki qətl hadisəsi - VİDEO

Marneuli bələdiyyəsinin Sabirkənd kəndində Cala adlanan meşəlik ərazidə odlu silahla qətlə yetirilmiş şəxsin meyiti tapılıb.

Əldə edilən məlumata görə, qətlə yetirilən şəxs Türkiyə vətəndaşıdır.

Hadisənin tam nə vaxt baş verdiyini ətraf sakinlər bilmir, lakin əraziyə gecə saatlarında çox sayda hüquq-mühafizə orqanları əməkdaşlarının gəldiyini söyləyir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, hadisə ilə bağlı istintaqa başlanılıb. Qurumdan bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi qəsdən adam öldürmə üzrə cinayət işi açılıb. Qeyd edək ki, sözügedən maddə ilə təqsirli bilinən şəxsi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik:

ŞƏRH YAZ
5