Qardabanidə qanlı hadisə: Evə hücum, bıçaqlanma və ölüm - FOTO
06.01.2026 18:10
4135
Siyasət
A
Qardabanidə qanlı hadisə: Evə hücum, bıçaqlanma və ölüm - FOTO

Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə bir nəfərin ölümü, dörd nəfərin isə ağır yaralanması ilə nəticələnib.

Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə 5 yanvar axşam saatlarında kənddə keçirilən toy mərasimində başlayıb, daha sonra kafedə davam edib.

Əldə edilən məlumata görə, orta yaşlı Fail Əliyev və Aydın Məmmədov arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra Aydın Məmmədovun övladları avtomobillə Fail Əliyevin evinə gedərək hücum ediblər. Evdə baş verən qarşıdurma zamanı Əliyev Failin oğlu tərəfindən üç nəfər bıçaqlanıb.

Hadisə daha sonra evdən kənarda davam edib. Yaralı şəxslər avtomobillə 50 yaşın üzərində olan Fail Əliyevin üzərindən keçiblər və nəticədə o, hadisə yerində həyatını itirib. Digər yaralılar Rustavidəki klinikalardan birinə yerləşdirilib.

Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 19–109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq aparılır. 

ŞƏRH YAZ
5