Gürcüstana yağan qar bu avtomobil yollarını bağladı
19.11.2020 11:24
1012
İqtisadiyyat
A
Gürcüstana yağan qar bu avtomobil yollarını bağladı
Qar uçqunu təhlükəsi səbəbindən Qudani-Şatili yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Yollar İdarəsi yayıb. Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyindən verilən məlumata görə isə Yollar Departamenti, intensiv qar yağması, aşağı temperatur və uçqun səbəbi ilə Jinvali-Barisaxo-Şatili yolunun 60-106 kilometrlik hissəsində nəqliyyatın hərəkəti qadağan edilmişdir. Yolun digər hissələrində isə hərəkət sərbəstdir. Bildirilib ki, eyni vəziyyət Qomi-Saçxere-Çiatura yolunda da mövcuddur. Güclü qar və aşağı temperatur səbəbindən Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun 14-40 kilometrliyində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Yolun qalan hissəsində nəqliyyatın hərəkətində heç bir maneə yoxdur. Qar uçqunu təhlükəsi səbəbindən Qudani-Şatili yolunun bir hissəsində hərəkət qadağan edilib
ŞƏRH YAZ
2