Kaxa Kaladze tərəfdarlarını seçkilərin ikinci turunda fəal olmağa çağırır
21.11.2020 02:05
452
Siyasət
A
Kaxa Kaladze tərəfdarlarını seçkilərin ikinci turunda fəal olmağa çağırır
“Bildiyiniz kimi sabah parlament seçkilərinin ikinci turu 17 majoritar dairədə keçiriləcək. Müxalifət ikinci tura çıxmaqdan açıq şəkildə imtina etsə də, namizədləri bülletendə olacaq və tam hüquqlu namizəd olaraq qalacaqlar". Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze ifadə edib. Baş katibin sözlərinə görə, əksər majoritar dairələrdə müxalifət partiyaları sabah seçicilərə səfərbər olmaq üçün fəal şəkildə çalışırlar. "Mən tərəfdarlarımızdan sabah parlament seçkilərinin ilk turundakı kimi aktiv olmalarını xahiş etmək istəyirəm. Xahiş edirəm irəli sürdüyümüz, ölkənin sevgisi və peşəkarlığı ilə seçilən layiqli namizədləri dəstəkləyin"-dedi K.Kaladze Məlumat üçün qeyd edək ki, 21 noyabr Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir. Seçkilərin ikinci turuna çıxan müxalifətin majoritar namizədləri seçkidə iştirak etməyəcəklərini söyləyirlər.
ŞƏRH YAZ
13