Kateqoriyalar
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını iddia edib.
Aktual.ge xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib.
"İran hazırda, demək olar ki, heç nə edə bilmir. İstəsəydik, bütün nefti ələ keçirə bilərdik. Bütün ölkəni ələ keçirə bilərdik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir. Biz də belə qalmasını təmin edəcəyik", - deyə Tramp söyləyib.