Son 10 gündə Marneulidə kəskin dərəcə də ölüm halları artıb - ARAŞDIRMA
01.12.2020 22:35
3080
Siyasət
A
Son 10 gündə Marneulidə kəskin dərəcə də ölüm halları artıb - ARAŞDIRMA
Son 10 gündə Marneuli rayonu və ətraf kəndlərində 50 nəfərdən çox insan dünyasını dəyişib. Son günlərdə Marneuli rayonu və ətraf kəndlərdə artan ölüm halları ilə əlaqədar Aktual.ge xəbər portalının apardığı araşdırmalarda, məlum olub ki, vəfat edənlərin əksəriyyəti 50 yaş üstüdür. Əldə olunan məlumatlara görə, ölüm halları ən çox Marneuli rayonunun ətraf və böyük kəndlərində qeydə alınıb. Belə ki, ən çox ölüm halları, Algeti ərazi birliyi və Sadaxlı ərazi birliyi və Qızılhacılı kəndində müşahidə olunub. Ən az ölüm halları isə Candar və Aşağı Saral kəndində olub. Sözügedən kəndlərdə son 10 gün ərzində bəzən elə olub ki, bir gündə 4 və ya 5 dəfn mərasimi baş tutub. Ölüm hallarının isə müxtəlif xəstəliyi olan insanlar arasında baş verdiyi öyrənilib. Bundan əlavə, əhali arasında gəzən söz-söhbətə görə vəfat edənlər arasında yeni tip koronavirusdan (Covid19) ölənlərində olduğu deyilir. Son 10 gün ərzində sözügedən kəndlərdəki yas mərasimlərində iştirak etmiş və etibarlı mənbələrdən əldə olunan məlumata görə, ölüm halları kəndlər arasında belədir: Sadaxlı kəndi: 15 Alqeti: 19 Qızılhacılı: 11 Candar: 3 Aşağı Saral: 4 Son 10 gündə Marneuli rayonunun özündə də bir sıra xəstəliklərdən dolayı ölüm halları baş verib və eləcə də koronavirus qurbanı olub, ancaq tam rəqəmlərlə hələ ki, məlumat əldə olunmayıb. Bundan əlavə əldə olunan məlumata görə, Marneuli və kəndlərində koronavirusdan diaqnozu goyulmuş insanlarda var, onlar hazırda özünütəcrid rejiminə keçiblər. 26 noyabr tarixində Aktual.ge-yə müsahibəsində "Aversi" klinikasının meneceri Manana Kapanadze bildirib ki, Marneulidə koronavirus infeksiyasına hər gün yoluxma halları qeydə alınır. Qeyd edək ki, Gürcüstan Hökuməti koronavirusla mübarizədə 28 noyabr tarixindən bir sıra sərt məhdudiyyətlər tətbiq edib.
ŞƏRH YAZ
10